“Türkiyənin ən böyük klubuna gəldim”

Bakı, 14 sentyabr, Sporaz.tv

Galatasaray” “Freiburg“dan Roland Sallaini transfer edib. Sarı-qırmızılıların yeni futbolçusu 7 nömrəli formanı geyinəcək.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” transfer dövrünün son günündə Bundesliga təmsilçisi “Freiburg”dan Roland Sallaini heyətinə qatıb.

27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Macarıstanlı futbolçu “sarı-qırmızılar”da illik 2,5 milyon avro qazanacaq.

Roland Sallai 7 nömrəli formanı geyinəcək.

Təcrübəli cinah oyunçusu yeni komandasının YouTube kanalına danışıb. Sallai, “Prezidentimizə və bura gəlməyimdə əməyi olan bütün digər insanlara təşəkkür etmək istərdim. Çox böyük bir kluba gəldim. Baş məşqçim, komanda yoldaşlarım və azarkeşlərlə görüşmək üçün səbirsizlənirəm. Son aylarda bu marağa cavab vermək və Türkiyənin ən yaxşı klubuna gəlmək istədim. Çempionluq hədəfimiz var. Klubla bağlı bir neçə şey bilirdim. Buraya gəldiyim üçün çox xoşbəxtəm. İnanılmaz azarkeşlərimiz var” dedi.

Bahar Rüstəm

Leave a Reply