Türkiyəli futbolçu PSV Eindhoven ilə anlaşıb

Bakı, 17 iyun, Sporaz.tv

Hollandiya Liqasında mövsümü çempion kimi başa vuran PSV Eindhoven klubu 16 yaşlı Emre Can Duranla 3 illik müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki,  Hollandiyanın PSV Eindhoven komandası 16 yaşlı müdafiəçi Emre Can Duranı heyətinə qatıb.

Klubdan verilən açıqlamada Belçikanın “Royal Antwerp” komandasında çıxış edən Emre Canla 3 illik müqavilə imzalandığı qeyd edilib. Türkiyənin gənclərdən ibarət milli komandalarında 10 oyun keçirən Emre Canın gələn ildən PSV-nin 17 yaşadək futbolçulardan ibarət komandasının heyətində yer alacağı bildirilib.

Bahar Rüstəm