Türkiyədən 4 futbolçunun bazar dəyəri yenilənib

Bakı, 18 iyul, Sporaz.tv

Transfermarkt AVRO-2024-də çıxış edən futbolçuların bazar dəyərini yeniləyib. Yenilənmə ilə Türkiyə Komandasının 4 ulduzu dəyərini artırdı. Arda Güler ​​dəyərini 15 milyon avro artıraraq Hakan Çalhanoğlu ilə birlikdə Türkiyənin ən dəyərli futbolçusu adının sahibi olub.

Sporaz.tv məlumat verir ki, AVRO-2024-dən sonra turnirdə çıxış edən futbolçuların bazar qiymətləri yenilənib. Transfermarkt tərəfindən edilən yeniləmə ilə Arda Güler, Ferdi Kadıoğlu, Mert Müldür və Barış Alper Yılmaz dəyərini artırdı. Türkiyə komandasının dəyərli futbolçuları aşağıdakılardır:

4- Mert Müldür – 6 milyon avro (+1,8 milyon avro)

3- Barış Alper Yılmaz – 20 milyon avro (+3 milyon avro)

2- Ferdi Kadıoğlu – 30 milyon avro (+9 milyon avro)

1- Arda Güler – 45 milyon avro (+15 milyon avro)