Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlandı

Bakı, 31 may, Sporaz.tv

“Transfermarkt” portalı Türkiyə Superliqasında çıxış edən ən dəyərli futbolçuların və komandaların adlarını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, siyahıya 21 milyon avro ilə “Fenerbahce (Fənərbağça)”ın müdafiəçisi “Ferdi Kadıoğlu (Fərdi Kadıoğlu)” başçılıq edir. İstanbul klubunun digər üzvü “Sebastian Szymanski (Sebastyan Şimanski)” (19 milyon avro) ikinci sırada qərarlaşıb. İlk “üçlük”də isə 17 milyon avro ilə “Fenerbahce (Fənərbağça)”dan Fred, “Galatasaray (Qalatasaray)”dan isə “Mauro İcardi (Mauro İkardi)”,”Victor Nellson (Viktor Nelsson)” və “Davinson Sánchez (Davinson Sançes)” yer alıblar.

Superliqanın ən dəyərli komandası 192 milyon avro ilə “Fenerbahce (Fənərbağça)”dır. “Galatasaray (Qalatasaray)” ikinci (181 milyon avro), “Beşiktaş” isə (130 milyon avro) üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, “Galatasaray (Qalatasaray)” 2023-2024-cü illər mövsümünü 102 xalla çempion kimi başa vurub.