Türkiyə-Serbiya qarşılaşması

Bakı,30 may,Sporaz.tv

Texas ştatının Arlinqton şəhərindəki College Park Hallda oynanılacaq qarşılaşma GMT ilə saat 03:30-da başlayacaq.

Sporaz.tv xəbər verir ki, Qadın Voleybol Milli Komandası FIVB Millətlər Liqasının (VNL) ABŞ mərhələsinin ikinci oyununda Serbiya ilə qarşılaşacaq.

ABŞ-da keçirilən VNL-in ikinci həftəsinin ilk oyununda Almaniyaya 3:1 hesabı ilə qalib gələn,Türk millisi 5-ci oyununda üçüncü qələbəsini qazanıb.

Aypara-ulduzlu komandanın ikinci həftədə keçirəcəyi oyunların təqvimi belədir:

Sabah:

03.30 Serbiya-Türkiyə

Şənbə, 1 iyun:

21.00 Cənubi Koreya-Türkiyə

Bazar, 2 iyun:

23.00 ABŞ-Türkiyə