Türkiyə Millisinin AVRO-2024 gəliri

Bakı, 27 iyun, Sporaz.tv

Türkiyə Millisi AVRO-2024-ün 1/8 final mərhələsinə vəsiqəni Çexiya üzərində qələbə ilə əldə edib. Yığma turnirin qrup mərhələsində əldə etdiyi nəticələrə görə 12 milyon 750 min avro mükafat qazanıb.

Sporaz.tv xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il futbol üzrə Avropa çempionatının qrup mərhələsi başa çatıb.

Turnirdə dünən keçirilən qarşılaşmalardan sonra 1/16-da yer alan komandalar müəyyənləşib və Türkiyə millisi qrupunu 2-ci pillədə başa vuraraq növbəti mərhələdə Avstriya ilə qarşılaşıb.

Türkiyə AVRO-2024-də F qrupunu Gürcüstan və Çexiya üzərində qələbə qazanaraq 6 xalla tamamlayıb. Yığma qrupda yeganə məğlubiyyətini Portuqaliyaya qarşı keçirib.

UEFA-nın turnirdən əvvəl açıqladığı pul mükafatına əsasən, Milli Komanda AVRO-2024-də indiyədək 12 milyon 750 min avro gəlir əldə edib.

Türkiyənin AVRO 2024-də qazandığı mükafatların bölgüsü belədir:

İştirak haqqı: 9,25 milyon avro
Qələbə: 2 milyon avro (hər qələbə üçün 1 milyon avro)
Son 16-da iştirak hüququ: 1,5 milyon avro

Turnirdə iştirak edən komandalar üçün pul mükafatlarının bölüşdürülməsi sistemi aşağıdakı kimidir:

İştirak haqqı: 9,25 milyon avro
Matç bonusu: qələbəyə görə 1 milyon avro, heç-heçəyə görə 500 min avro
1/8 finalda iştirak hüququ: 1,5 milyon avro
1/4 finala vəsiqə qazanmaq hüququ: 2,5 milyon avro
Yarımfinala yüksəlmək hüququ: 4 milyon avro
Turnirin ikincisi: 5 milyon avro
Çempion: 8 milyon avro

Bahar Rüstəm