Türkiyə millisi, Ukraynaya məğlub olub

Bakı, 25 iyun, Sporaz.tv

Dünya Eşitmə əngəllilər Voleybol Çempionatında mübarizə aparan Türkiyə Qadınlar Milli Komandası, üçüncü matçında Ukraynaya 3-0 məğlub olub.

Sporaz.tv xəbər verir ki, Türkiyə Voleybol Federasiyasından verilən açıqlamaya görə, Eşitmə qabiliyyəti olmayan Qadınlardan ibarət Milli Voleybol Komandası, Yaponiyanın Tomigusuku şəhərində keçirilən turnirdə üçüncü matçını Ukrayna ilə keçirib.

25-19, 25-18 və 25-15 setləri ilə keçirilən görüşdə Türkiyə millisi 3:0 hesabı ilə məğlub olub.

Millilər 26 iyun Çərşənbə günü saat 09:40-da ABŞ ilə qarşılaşacaq.