Türkiyə millisi, Portuqaliyaya hazırlaşır

Bakı, 21 iyun, Sporaz.tv

Futbol üzrə 2024-cü il Avropa Çempionatının (AVRO 2024) F qrupunun ikinci oyununda şənbə günü Portuqaliya ilə qarşılaşacaq Türkiyə Milli Komandası hazırlıqlarını davam etdirib.

Sporaz.tv xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, Barsinqhauzendəki düşərgə mərkəzində baş məşqçi Vincenzo Montellanın rəhbərliyi altında baş tutan məşq, mətbuata qapalı keçirilib.

Fitnes mərkəzində isinmə hərəkətləri etdikdən sonra futbolçular meydana çıxıblar. Topla isinmə hərəkəti ilə başlayan məşqdə taktiki çalışmalar yerinə yetirilib, son hissədə isə iki qolun vurulduğu taktiki oyun keçirilib.

Yorğun olduğu üçün istirahət edən Arda Güler, ​​məşqə qatılmadığı halda, müalicəsi davam edən İrfan Can Kahveci də komandadan ayrı məşq edib.

Milli komandalardan məsul İdarə Heyətinin üzvü Hamit Altıntop da məşqi izləyib.

Aypara ulduzlu komanda, sabah CET vaxtı ilə 17:15-də hava yolu ilə Hannoverdən Dortmunda gedəcək. Milli komandanın oyunçuları, Türkiyə – Portuqaliya matçının oynanılacağı BVB Stadionunda GMT ilə saat 20:45-də gəzintiyə çıxacaq. Baş məşqçi Vincenzo Montella və milli futbolçu Kerem Aktürkoğlu, GMT ilə saat 21:00-da stadionda mətbuat konfransı keçirəcək.