Türkiyə millisi İtaliyaya qalib gəlib

Bakı, 30 iyun, Sporaz.tv

23 yaşadək əlil arabası üzrə Türkiyə milli basketbol komandası, IWBF (Beynəlxalq Əlil Arabası Basketbol Federasiyası) Avropa Çempionatında üçüncü yer uğrunda görüşdə İtaliyaya 67-56 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Sporaz.tv xəbər verir ki, Aypara-ulduzlu komanda İspaniyanın paytaxtı Madriddə keçirilən turnirdə üçüncü yer uğrunda görüşdə İtaliya ilə üz-üzə gəlib.

Türkiyə İtaliyanı 67-56 hesabı ilə məğlub edərək çempionatı üçüncü bitirərək bürünc medal qazanıb.

Böyük Britaniya finalda Almaniyanı 60-40 hesabı ilə məğlub edərək IWBF Avropa Çempionatının qalibi olub.