Türkiyə milli komandası TFF-nin kassasını doldurdu

Bakı, 4 iyul, Sporaz.tv

Avstriyanı 2:1 hesabı ilə məğlub edərək AVRO-2024-də 1/4 finala yüksələn Türkiyə milli komandası TFF-nin xəzinəsinə ciddi gəlir qoydu. “Ay-ulduzlu” komanda 16 milyon 250 min avro pul mükafatını qazanıb.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün son 16 turunda Avstriyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə milli komandası 1/4 finala yüksəlib. Hollandiyanın rəqibi olan ay-ulduzlu komanda AVRO-2024-də də gəlirlərini artırıb.

Avro-2024-də 1/4 finala yüksələn Türkiyə milli komandası indiyədək turnir ərzində ümumilikdə 16 milyon 250 min avro qazanıb.Türkiyənin AVRO 2024-də qazandığı mükafatların bölgüsü belədir:

İştirak haqqı: 9,25 milyon avro

Qələbə: 3 milyon avro (hər qələbə üçün 1 milyon avro)

Son 16-da iştirak hüququ: 1,5 milyon avro

Dörddəbir finalda iştirak haqqı: 2,5 milyon avro

Bahar Rüstəm