Türkiyə Milli komandası, FİFA reytinqində geriləyib

Bakı, 20 iyun, Sporaz.tv

Türkiyə Milli Futbol Komandası, FİFA dünya reytinqində 2 pillə geriləyərək 42-ci yerdə qərarlaşıb.

Sporaz.tv xəbər verir ki, 2024-cü il Avropa Çempionatına (AVRO 2024) qatılan Türkiyə, təşkilat öncəsi keçirdiyi 2 hazırlıq oyununda 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. 1493 xalla 2 pillə geriləyərək 42-ci yerə adını yazdırıb.

AVRO-2024 F qrupunda millinin rəqiblərindən olan Portuqaliya 6-cı pillədə qalsa da, Çexiya 2 pillə yüksələrək 34-cü, Gürcüstan 1 pillə yüksələrək 74-cü pillədə qərarlaşıb.

İlk 3 yerin dəyişməz qaldığı siyahıda Argentinazirvədəki yerini qoruyub. Fransa siyahıda ikinci, Belçika isə 3-cü yerdədir.

FİFA-nın növbəti dünya reytinqi 2024-cü il iyulun 18-də açıqlanacaq.