Türkiyə milli cüdoçuları Paris 2024 üçün kvota alıblar

Bakı, 24 may, Sporaz.tv

Türkiyə milli cüdoçuları Kayra Özdemir, Hilal Öztürk və İbrahim Tataroğlu Paris 2024 Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıblar.

Sporaz.tv xəbər verir ki, Türkiyə Cüdo Federasiyasından verilən məlumata görə, Dünya Çempionatında qadınlar +78 kiloqramda Türkiyəyə tarixdə ilk gümüş medalı gətirən Kayra və qadınlarda +78 kiloqramda bürünc medal qazanan Hilal Abu Dabidə keçirilən çempionatda topladığı xallarla Paris 2024 vizası alıb.

İbrahim Tataroğlu turnirin üçüncü raundunda mübarizədən kənarlaşdırılsa da, topladığı xallarla kişilər arasında +100 kq çəki dərəcəsində də Paris 2024-ə vəsiqə qazanıb.

2024-cü il Paris Olimpiya Oyunlarında Türkiyənin cüdo bölməsində kvotanın sayı 7-yə yüksəlib.

Vüqar ALIŞOV