Türkiyə kubokunda çempionluq mükafatı nə qədərdir?

Bakı,23 may,Sporaz.tv

Ziraat Türkiyə Kubokunda bu axşam “Beşiktaş” və “Trabzonspor” üz-üzə gələcək.

Sporaz.tv xəbər verir ki, Superliqada bu mövsüm gözləntiləri aşağı salan “Beşiktaş” və “Trabzonspor” Ziraat Türkiyə Kubokunu qazanmaq üçün mübarizə aparacaq. Qarşılaşma bu axşam saat 21:45-də Atatürk Olimpiya Stadionunda başlayacaq.

Elə isə kuboku öz muzeyinə aparan və finalda məğlub olan komandaya nə qədər mükafat veriləcək?

Ziraat Türkiyə Kubokunu qazanan komanda seyfinə 1 milyon 500 min dollar qoyacaq.

Türkiyə kubokunun finalçısı 900 min dollar qazanacaq.

TRABZONSPOR KUBOKU ALSA NƏ OLACAQ?

Trabzonspor Ziraat Türkiyə Kubokunu qazansa, Super Liqanı 4-cü yerdə başa vuran komanda UEFA Avropa Liqasına, Super Liqanı 5-ci yerdə başa vuran komanda isə UEFA Avropa Konfrans Liqasına yollanacaq.

BEŞİKTAŞ KUBOKU QALSA NƏ OLACAQ?

Beşiktaş Türkiyə Kubokunu qazanıb liqanı 4-cü yerdə başa vursa, Super Liqanı 5-ci pillədə başa vuran komanda UEFA Avropa Konfrans Liqasına gedəcək.

Beşiktaş Türkiyə Kubokunu qazanıb liqanı 5-6-cı yerdə bitirsə, Super Liqanı 4-cü yerdə başa vuran komanda UEFA Avropa Konfrans Liqasına vəsiqə qazanacaq.