Türkiyə klublarının sabiq baş məşqçisindən üzücü xəbər

Bakı, 25 avqust, Sporaz.tv

Türkiyədə “Beşiktaş”, “Fenerbahçe“(Fənərbağça) və “Bursaspor” futbol komandalarını çalışdırmış alman məşqçi Christoph Daum vəfat edib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Stutgart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brugge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu qazanmış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.