Türkiyə qarşılaşmasını argentinalı hakim idarə edəcək

Bakı, 16 iyun, Sporaz.tv

Argentinalı refer Facundo Tello, 2024-cü il Avropa çempionatının (AVRO-2024) F qrupunda Milli Futbol Komandası və Gürcüstan qarşılaşaşmasını idarə edəcək.

Sporaz.tv məlumat verir ki, UEFA-dan verilən açıqlamaya görə, iyunun 18-də BVB Dortmund Stadionunda saat 19:00-da başlayacaq qarşılaşmada fit çalacaq Telloya, eyni ölkədən Gabriel Chade və Ezequiel Brailovsky kömək edəcək.

Matçın dördüncü hakimi Litva Futbol Federasiyasından Donatas Rumsas  olacaq.

İspan Alejandro Hernandez matçda VAR-ın vəzifəsini yerinə yetirəcək.

Milli komandanın Gürcüstanla oyununu idarə edəcək Facundo Tello, AVRO-2024-də Avropadan kənardan təyin olunmuş yeganə hakim kimi diqqət çəkir.