Bakı, 2 oktyabr, Sporaz.tv
FİBA Qadınlar arasında Superkubok finalında “Fenerbahçe Opet” – “Beşiktaş” matçı, sahəyə atılan yad əşyalar səbəbiylə dayandırıldı.
Sporaz.tv məlumat verir ki, Basketbol üzrə “Fenerbahçe Opet” – “Beşiktaş” arasında keçirilən FİBA Qadınlar arasında Superkubok matçı, tamaşaçıların meydançaya yanan və partlayıcı maddələr atması səbəbindən dayandırılıb.
Basketbol İnkişaf Mərkəzində keçirilən qarşılaşma, 1 dəqiqə 56 saniyə sonra tamaşaçıların meydançaya tez alışan və partlayıcı maddələr atmasından sonra dayandırılıb. Qarşılaşma dayandırıldıqdan sonra futbolçular və hakimlər paltardəyişmə otağına yollanıblar.
Polis qüvvələri xarici əşyaların atıldığı mətbuat tribunasının qarşısında tədbir görüb.
“Fenerbahçe Opet” – “Beşiktaş” derbisi zamanı baş verən hadisələrdən sonra zal boşaldılıb. Matç tamaşaçısız qaldığı yerdən davam edəcək.