Türkiyə basketbolu Avropada 16-cı kubokunu davam etdirir

Bakı, 23 may, Sporaz.tv

Sabah Almaniyanın paytaxtı Berlində start götürəcək THY Avropa Liqası Dördlər Finalında mübarizə aparacaq Türkiyə təmsilçisi “Fenerbahçe Beko”, Türkiyəyə 16-cı Avropa kubokunu gətirməyə çalışacaq.

Sporaz.tv xəbər verir ki, Türkiyədən basketbolda Anadolu Efes, Fenerbahçe, Beşiktaş, Galatasaray, Darüşşafaka və Bahçeşehir Kolleci kişilər kateqoriyasında 3 dəfə, qadınlar arasında Avropa kuboklarında isə Fenerbahçe və Galatasaray 3 dəfə, Yaxın Şərq Universiteti isə 1 dəfə Avropa kubokunu qazanıb.

Avropanın bir nömrəli klub kuboku olan THY Avropa Liqasında 2017-ci ildə çempion olan Fenerbahçe , Berlində keçiriləcək Dördlər Finalında xoşbəxt sona çatarsa, kuboku bu təşkilatda ikinci dəfə öz muzeyinə aparacaq.

Sarı-göylü komanda İspaniyadan “Real Madrid“in, Yunanıstandan “Panatinaikos” və “Olimpiakos”un iştirak edəcəyi “Dördlər finalı”nda çempion olacağı təqdirdə Türkiyə basketboluna Avropadakı 16-cı kubokunu gətirəcək.

Vüqar ALIŞOV