Türkiyə 3 xalı qazandı

Bakı, 18 iyun, Sporaz.tv

Türkiyə Avro 2024-də ilk matçında Gürcüstanı 3-1 məğlub etdi.

 Sporaz.tv xəbər verir ki, matç “BVB Dordmund” stadionunda baş tutub.

Hesabı 25-ci dəqiqədə Türkiyə millsinin oyunçusu, Mert Müldür açır-1:0 . 32-ci dəqiqədə Gürcüstan millisinin oyunçusu, Mikautadze atdığı qolla hesabı bərabərləşdirməyi bacarır. 65-ci dəqiqədə Arda Gülər Kaan Ayhanın ötürməsini qola çevirərək hesabı 2-1 edir.

90+7-ci dəqiqədə fərqi 2-yə qaldıran Kerem Aktürkoğlu, komandanın 3-cü qolunun müəllifidir.

Qeyd edək ki, Türkiyə ilk qələbəsini Gürcüstana qarşı qazanır.

Bahar Rüstəm