Bakı, 22 may, Sporaz.tv
Ziraat Türkiyə Kubokunda “Beşiktaş” – “Trabzonspor“un final matçını Ali Şansalan idarə edəcək.
Sporaz.tv xəbər verir ki, sabah Atatürk Olimpiya Stadionunda Türkiyə kubokunun finalı oynanılacaq.
2023/24 mövsümünün Türkiyə Kubokunun finalında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gələcək.
Qarşılaşmadan əvvəl Türkiyə Futbol Federasiyası kubokun finalını idarə edəcək hakimi açıqlayıb.
TFF-dən verilən məlumata görə, Əli Şansalan Türkiyə kubokunda “Beşiktaş” – “Trabzonspor” finalını idarə edəcək.
Vüqar ALIŞOV