Türkiyə komandasının 5 oyunçusunun bazar dəyəri pik həddə çatıb

Bakı, 8 iyul, Sporaz.tv

AVRO-2024-lə 1/4 finalda vidalaşan Türkiyə Komandasının bəzi futbolçuları çıxışları ilə bütün diqqətləri üzərinə çəkiblər. Aparıcı adlar arasında yer alan Ferdi Kadıoğlu, Arda Güler, Barış Alper Yılmaz, Mert MüldürMerih Demiralın bazar qiymətləri artıb. 5 futbolçunun ümumi dəyərinin 155 milyon avroya çatdığı düşünülür.

Sporaz.tv məlumat verir ki, AVRO-2024-ün 1/4 finalında Hollandiyaya 2:1 hesabı ilə uduzan və turnirdən imtina edən Türkiyə Komandasının 5 futbolçusu karyerasının zirvəsinə çatıb.

Türkiyə Komandasında 1 qol və 2 məhsuldar ötürmə ilə AVRO 2024-ün ən çox danışılan adlarından olan Arda Gülerin bazar dəyərinin 55 milyon avroya çatdığı bildirilir.

19 yaşlı gənc futbolçu AVRO-2024-də birbaşa 3 qola töhfə verib və 88 faiz ötürmə dəqiqliyi ilə çıxış edib.

Fenerbahçe“dəki uğurlu mövsümünü AVRO-2024-dəki çıxışı ilə taclandıran Ferdi Kadıoğlu, onu turnirdə izləyən Avropanın nəhəng klublarını valeh edib.

Borussiya Dortmund” və “Arsenal“ın yaxından maraqlandığı milli futbolçunun transferinin 40 milyon avrodan aşağısına mümkün görünmədiyi bildirilir.

Ümumilikdə 52 kilometr qaçışla turnirə damğasını vuran Ferdi Kadıoğlu heç bir qol və ya məhsuldar ötürmə verə bilməsə də, yüzdə 88 ötürmə dəqiqliyi ilə oynadı.

Dünyanın ən yaxşı müdafiəçilərindən sayılan Virgil van Dijkaya Hollandiya ilə matçda çətin anlar yaşadan “Galatasaray”ın ulduzu Barış Alper Yılmaz da dəyərini artıran adlar arasında olub.

Manchester United” və “Brighton”un radarında olduğu bildirilən Barış Alper Yılmazın 25 milyon avrodan aşağı bir ödəniş qarşılığında transfer olunacağı gözlənilmir.

Turnirdə yüzdə 80 ötürmə dəqiqliyi ilə oynayan Barış Alper Yılmaz qaçış məsafəsi ilə seçilən adlardan biri oldu. Türkiyəli futbolçu ümumi qaçış məsafəsini 51,6 kilometrə çatdırıb.

AVRO-2024-də Gürcüstana vurduğu qol ilk həftənin ən yaxşı qolu seçilən Mert Müldür diqqət çəkən adlardan olub.

Müdafiədəki performansı və hücum hərəkətlərində komandasına dəstəyi ilə fərqlənən Türkiyəli futbolçunun qiymətini 15 milyon avroya yüksəltdiyi bildirilib.

Mert Müldür AVRO-2024-də 1 qol vurub, 15 dəfə top oğurlayıb. İkitərəfli yarışda 10 dəfə qalib gələn Mert Müldürün ötürmə dəqiqliyi yüzdə 78 olub.

Merih Demiral bu turnirdə Türkiyə Komandasının ikonik adlarından biri oldu.

Səudiyyə Ərəbistanında futbol oynayan və 70 milyon avro ilə bu günə qədər ən çox maaş alan türk futbolçu olan Merih Demiral üçün Avropanın qapıları yenidən açıla bilər.

Bazar dəyərini 20 milyon avroya yüksəltdiyi deyilən Merih Demiral AVRO-2024-də iki qola töhfə verib.

16 dəfə topu tutan milli müdafiəçi ötürmə dəqiqliyində 70 faiz uğur nümayiş etdirib.