Türk komandası heyətdən atılan futbolçunu istəyir

Bakı, 16 oktyabr, Sporaz.tv

Trabzonspor” yay transfer dönəmində maraqlandığı Gift Orbanı heyətinə qatmaq istəyir.

Sporaz.tv xəbər verir ki, Fransa Liqa 1 komandası “Lyon“un heyətindən kənarda qalan Gift Orban yenidən “Trabzonspor”un gündəminə düşüb.

“Trabzonspor”un baş məşqçisi Şenol Günəşin də bu transferə qarzı olduğu bildirilib.

Orbanın ehtiyat oyunçuların məşqinə qatılmaqdan imtina etdiyi üçün heyətdən çıxarıldığı iddia edilib.

Futbol karyerasına “Bison FC”də başlayan, daha sonra “Stabaek” və “Gent”də çıxış edən Gift Orban, bu ilin əvvəlində “Lyon”la müqavilə imzalayıb.

22 yaşlı futbolçu bu mövsüm 3 matçda meydana çıxıb və 2 qol vurub.