Bakı, 10 noyabr, Sporaz.tv
Misli Premyer Liqasının XIII turunda “Turan-Tovuz” səfərdə “Səbail”in qonağı olub.
Sporaz.tv xəbər verir ki, 1-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Turan-Tovuz”un kapitanı Şəhriyar Əliyev oyunla bağlı təəssüratlarını bölüşüb:
-Oyun haqqında düşüncələriniz?
-Oyun ağır keçdi. Rəqibdə baş məşqçi dəyişikliyi yeni olub. Ona görə analiz etmək çətin olur. Rəqib düşündüyümüz kimi futbol oynadı. Yeni baş məşqçi öz stilini komandaya tətbiq etdi. Ağır oyun oldu. 1 xal qazandıq. Düşünürdüm ki, 3 xal qazana bilərdik.
-Milli fasilədə milli komandaya dəvət almadız, bu haqda nə düşünürsüz?
-Məşqçi hər dəfə yeni heyət çağırır. Biz də futbol oynamağa çalışırıq. Milliyə dəvət baş məşqçinin qərarıdır. Daim yaxşı oynasaq, milliyə dəvət ala bilərik.
-Sonrakı turda milliyə dəvət almağı gözləyirsiz?
-Əsas odur ki, millimiz qələbə qazansın. Çalışacağıq, qarşıdakı oyunlarda stabil oyun oynayaq ki, milliyə dəvət ala bilək.
-Mövsüm sonunda “Turan-Tovuz”u Avroliqa komandaları arasında görə bilərikmi?
-Bu mövsüm liqada həmin yerlər üçün çox komanda mübarizə aparır. Həm “Zirə”, həm “Sabah” mübarizə aparır. Düşünürəm “Neftçi” də 2-ci dövrədə həmin yerlər üçün güclü mübarizə aparacaq. Bizim üçün çətin olacaq. Amma biz də əlimizdən gələn hər şeyi edəcik.
-Sizcə, Avroliqa yerləri uğrunda mübarizədə sizi ən çox çətinə salacaq klub hansıdır?
-Bizim çempionat elədir ki, bütün komandalar bir birindən xal ala bilir. Ağır oyunlar qarşıdadır. Hər oyuna çıxanda çalışırıq maksimum xal alaq.
Bahar Rüstəm