“Turan Tovuz” yeni transfer reallaşdırıb

Bakı, 22 iyul, Sporaz.tv

“Turan Tovuz” iranlı futbolçu transfer edib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, Arash Qadiri(Araş Qadiri) ilə “2+1” illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi sonuncu dəfə İranın “Traktorsazi” klubunda forma geyinib. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” komandalarında da çıxış edib.