Tuncay Şanlı, “Ümraniyespor”da

Bakı, 16 iyun, Sporaz.tv

1-ci Liqa komandalarından olan “Ümraniyespor“, baş məşqçi vəzifəsinə Tuncay Şanlının təyin edildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Tuncay Şanlı, “Ümraniyespor”un yeni baş məşqçisi olub. İstanbul komandası 42 yaşlı çalışdırıcının vəzifəyə təyin olunduğunu açıqlayıb.

Məsələ ilə bağlı klubdan verilən açıqlamada: “Ümraniyespor ailəsinə xoş gəlmisiniz, Tuncay Şanlı! Enerjili və uğurlu, futbol həvəsi ilə dolu yeni məşqçimizlə böyük uğurlar qazanmağa hazırıq! Yeni macəramız başlayır. Ümraniyespor ailəsi olaraq, Tuncay Şanlıya böyük bir xoş gəlmisiniz deyək!”ifadələri qeyd edilib.