Tuğba Şenoğlu İveginin idarə etdiyi şirkətdən edilən şərh

Bakı, 26 iyul, Sporaz.tv

Tuğba Şenoğlu İveginin, Qadın Voleybol Türkiyə milli Komandasının Paris 2024 Olimpiya Oyunları heyətindən çıxarılması və onun yerinə İlkin Aydının daxil olması sosial mediada böyük səs-küyə səbəb olub. Qərardan sonra Tuğba Şenoğlu İveginin idarəçiliyindən diqqətçəkən bir yazı gəldi.

Sporaz.tv məlumat verir ki, Paris 2024 Olimpiya Oyunlarına saatlar qalmış qadın voleybolçulardan ibarət Türkiyə milli komandasının heyətində edilən dəyişiklik böyük təsir bağışladı.

Tuğba Şenoğlu İvegin heyətdən uzaqlaşdırılarkən, İlkin Aydın komandaya daxil edilib. Bu qərar xüsusilə sosial mediada qızğın mövzuya çevrilib.

Tuğba Şenoğlu İveginin idarə etdiyi şirkət qərardan sonra diqqətçəkən paylaşımlar edib.

“Bəqərə” surəsinin 216-cı ayəsini paylaşan şirkət : “Sizin üçün pis görünəndə xeyir, yaxşı görünəndə də pislik var. Siz bilmirsiniz, Allah bilir”-deyib.

Şirkət daha sonra : “Olimpiadanın sonrasını gözləyək, indilik bu qədər. Dəstəyiniz üçün təşəkkür edirik” -sözlərini paylaşıb.

Paris 2024 Olimpiya Oyunlarında C qrupunda yer alan Filenin Sultanları: Hollandiya İtaliya və Dominikan Respublikası ilə qarşılaşacaq.

Filenin Sultanlarının Olimpiya tarixləri və saatları bunlardır :

29 iyul: 11:00 Türkiyə-Hollandiya

1 Avqust 2024: 11:00 Türkiyə-Dominikan Respublikası

4 Avqust 2024: 11:00 Türkiyə-İtaliya