Bakı,14 iyun,Sporaz.tv
Qadın voleybolçulardan ibarət Türkiyə milli komandası finala vəsiqə qazanacağı FIVB Millətlər Liqasının (VNL) 3-cü həftəsinin 3-cü oyununda sabah Çinlə qarşılaşacaq. Sultanların bu döyüşü TRT SPOR Yıldızda canlı yayımlanacaq.
Sporaz.tv xəbər verir ki, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində oynadığı 3-cü həftəyə Taylandı 3-0, Dominikan Respublikasını isə 3-1 hesabı ilə məğlub edərək başlayan “Filene Sultans” sabah saat 15.30-da Çinlə qarşılaşacaq.
İlk 8-likdə olmaqla finala vəsiqə uğrunda mübarizə aparan Çin 6 qələbə, 3 məğlubiyyət və 18 xalla 7-ci yerdədir.
Ulduzlu aypara komandasının Çindən sonra iyunun 16-da Braziliya ilə qarşılaşacağı final matçı 20-23 iyun tarixlərində Taylandın paytaxtı Banqkokda oynanılacaq.
Vüqar ALIŞOV