“Trezeguet”ə icazə verilmədi

Bakı, 25 iyun, Sporaz.tv

Trabzonspor” klubu ölkəsinin millisindən dəvət alan misirli futbolçu Mahmoud Trezeguetin Paris 2024 Olimpiya Oyunlarına buraxılmadığını bildirib.

Sporaz.tv xəbər verir ki, klubun saytında verilən açıqlamada onların futbolçusu Trezeguetin Paris 2024 Olimpiya Oyunlarında Misirin 23 yaşadək futbolçulardan ibarət komandasında oynamaq üçün dəvət aldığı bildirilib.

Açıqlamada aşağıdakılar qeyd olunub:

“Futbolçumuz klubumuza bu turnirdə iştirak etmək istədiyini bildirmişdi, lakin FİFA-nın beynəlxalq oyun təqvimində 23 yaşdan aşağı futbolçular olimpiya oyunlarında yer almadığından və dəvət müddəti ərzində komandamız UEFA-nın klub yarışlarında mühüm seçmə oyunları keçirəcəyindən idmançımız 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirakına icazə verilmədi”.