Trendyol 1-ci Liqasında püşkatma mərasimi keçirilib

Bakı, 23 iyul, Sporaz.tv

Trendyol 1-ci Liqasında 2024-2025-ci il mövsümünün təqvimləri atılıb. Mövsüm, 9 avqustda başlayacaq və 2025-ci il mayın 10-da başa çatacaq.

Sportaz.tv xəbər verir ki, TFF idarə heyətinin üzvü Məcnun Otyakmaz ,Trendyol 1-ci Liqasında mübarizə aparacaq klubların prezidentləri və menecerləri, Türkiyə Futbol Federasiyasının (TFF) Riva şəhərindəki Həsən Doğan Milli Komandalar Düşərgə və Məşq Təsislərində keçirilən püşkatma mərasimində iştirak edib.

Liqada 20 komandanın mübarizə aparacağı 2024-2025 mövsümü avqustun 9-da başlayacaq və 2025-ci il mayın 10-da başa çatacaq.

Liqanın ilk həftəsinin oyun cədvəli belədir:

Boluspor-Alagöz Holding Iğdır FK

Central Hospital Ümraniyespor-Çorum FK

MKE Ankaragücü-Şanlıurfaspor

İstanbulspor-Manisa FK

Fatih Karagümrük-Amed Sportif Faaliyetler

Teksüt Bandırmaspor-Erzurumspor FK

Sakaryaspor-Ankara Keçiörengücü

Kocaelispor-Gençlerbirliği

Adanaspor-Esenler Erokspor

Yeni Malatyaspor-Pendikspor