“Transferlərimiz davam edəcək”

Bakı,1 iyul, Sporaz.tv

Beşiktaş“ın baş məşqçisi Giovanni van Bronckhorst, qara-ağ azarkeşlərin fəxr edəcəyi bir komanda yaratmaq istədiklərini bildirib.

Sporaz.tv xəbər verir ki, Hollandiyalı çalışdırıcı ağ-qara klubun YouTube kanalında yeni mövsümlə bağlı açıqlama verib.

Bunun çox yaxşı qarşılandığını bildirən Van Bronckhorst, “Azarkeşlərin reaksiyası çox yaxşı idi. Azarkeşlərin, klub işçilərinin və komandanın dürüstlüyünə hər zaman böyük əhəmiyyət vermişəm. İnanıram ki, yaxşı atmosfer yaradacağıq. Ən yaxşı oyunumuzu oynamaq üçün hər zaman azarkeşlərə ehtiyacımız olacaq”- dedi.

“Beşiktaş”ın heyətinə qatdığı futbolçular Rafa Silva və Qabriel Paulista ilə bağlı fikirlərini açıqlayan 49 yaşlı çalışdırıcı, “Rafa SilvaPaulistanı komandaya təcrübə qatmaq üçün gətirdik. Onlar ən yüksək səviyyədə oynamış futbolçulardır. Onların təcrübələrini komanda ilə bölüşmələrini istəyirik. Onlar yeni mövsümdə bizi daha da yaxşılaşdıracaqlar. Bu 2 futbolçunu komandaya qatdıq və transferlərimiz davam edəcək”-sözlərini qeyd edib.

BJK Nevzat Demir Təsislərini tərifləyən Giovanni van Bronckhorst, “Obyektimiz gözəldir. Qapıdan girdiyiniz andan bunu hiss edirsiniz. Hər şey futbol üçün çox uyğundur. Obyekt hər kəsə lazım olan enerjini hiss etdirir” – qiymətləndirməsini etdi.