Transfer xətti: “Abdülkerimin yerinə Cenk”

Bakı, 23 avqust, Sporaz.tv

Yarımmüdafiəçi transfer etməyi planlaşdıran “Galatasaray“(Qalatasaray)-ın “Torino“da çıxış edən Nikola Vlasiclə maraqlandığı bildirilib.

Sporaz.tv məlumat verir ki, “Trabzonspor“, “Genk”də çıxış edən Tolu Arokodareni radarına salıb. Bordo-mavilər, hücumçunu öz rənglərinə bağlamaq istəyirlər.

“Trabzonspor”un heyətdə saymadığı Fountasa talib çıxıb. Avstriyanın “Wolfsberger”, komandası yunan futbolçunu heyətinə qatmaq istəyir.

Fenerbahçe“(Fənərbaxça) “Chelsea“(Çelsi)-nin diqqətindən kənarda qalan Raheem Sterlingi transfer etmək istəyir. İngilis futbolçu ilə “Juventus”(Yuventus)-un da maraqlandığı bildirilir.

Fenerbahçe Cristian Medina üçün Boca Juniorsa 11 milyon dollar təklif etsə də, Argentina klubu bu rəqəmin artırılmasını istəyib. Sarı-göylü komandanın transferi qısa zamanda yekunlaşdırmaq istədiyi və təklifi 13 milyon dollara qədər artıra biləcəyi bildirilib.

Müdafiə xəttini gücləndirmək istəyən “Beşiktaş” “Aston Villa”da çıxış edən Diego Carlosu da siyahısına əlavə edib.

“Sheffield United”in “Fenerbahçe” ilə adı hallanan Vinicius Souzanı satmaq istəmədiyi və yalnız qaneedici təklif gələrsə masaya oturacaqları öyrənilib.

İtaliya mətbuatına əsaslanan xəbərlərdə Jose Mourinhonun Danilonu “Juventus”dan istədiyi iddia edilib.

“Barcelona”nın planları arasında olmayan Ansu Fati üçün ən yaxşı təklifi “Fənərbağça”nın etdiyi iddia edilib.

“Galatasaray”da tənqid hədəfi olan Abdülkerim Bardakcı 8-10 milyon avro arasında qiymətə satılsa, sarı-qırmızılılar, “Valencia”da çıxış edən Cenk Özkaçarla masa arxasına oturacaq.