Transfer iddialarından sonra qərar

Bakı, 17 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) daxili transferlərdə sıx günlər keçirir. Sarı-qırmızılı idarəçilər, 4 futbolçu ilə yeni müqavilə bağlamağa hazırlaşır. 3 yerli futbolçu ilə yanaşı, adı transfer söz-söhbətlərində hallanan Victor Nelssonun da müqaviləsi uzadılacaq.

Sporaz.tv məlumat verir ki, bu mövsüm Super Liqada çempion olub 5-ci ulduzunu almaq istəyən “Galatasaray”, daxili transferlərdə hazırlıqlara start götürüb.

Komandadaxili tarazlığı nəzərə alan “Galatasaray” rəhbərliyi, 4 futbolçu ilə yeni müqavilə imzalamağa qərar verib.

“Galatasaray”, Barış Alper Yılmaz, Yunus Akgün, Berkan KutluVictor Nelssonla müqaviləni uzadacaq.

Xəbərdə Barış Alper Yılmaza, yerli futbolçular üçün müəyyən edilmiş yüksək maaş olan 2 milyon avro (74 milyon lirə) veriləcəyi bildirilib. Türkiyəli futbolçu hazırda 10 milyon lirə qazanır.

Qeyd olunub ki, Yunus Akgün və Berkan Kutlunun maaşları 100 faizdən çox artırılacaq. Hazırkı müqaviləsində Yunus Akgün 17,2 milyon lirə, Berkan Kutlu isə 8,5 milyon lirə qazanır.

Nəhayət, müqaviləsinin bitməsinə 1,5 il qalan və adı transfer söz-söhbətlərində hallanan Victor Nelssonun da müqavilə müddəti uzadılacaq.