“Trabzonspor”un yeni mövsümün hazırlıqları Macarıstanda davam edir

Trabzonspor” yeni mövsüm öncəsi 2-ci mərhələ xaricdəki düşərgə hazırlığını Macarıstanın Szeged şəhərində davam etdirir. Bordo-mavililər son yoldaşlıq görüşünü sabah “Zeleznicar Pancevo”ya qarşı keçirəcək.

Baş məşqçi Abdullah Avcının rəhbərliyi altında tünd-göylü komanda düşərgə qurduqları otelin meydançasında mətbuata açıq məşq keçirib.

Məzuniyyətdə olan milli futbolçular Uğurcan Çakır, Denis Draguş, Thomas Meunier ve Poyraz Efe Yıldırım məşqə qatılmayıb, sol dizinin medial yan bağında dartılan Abdurrahman Bayram və Cihan Çanak məşqə çıxmayıb.

Dragusun bu gün komandanın düşərgəsinə qatılacağı və axşam məşqində iştirak edəcəyi öyrənilib. “Bordo-mavili” futbolçular məşqdə ötürmə və zərbələr məşq edib.

Məşqin son hissəsində dünən “Trabzonspor” komandası ilə çalışmağa başlayan Anthony Nwakaeme oyun bacarığını nümayiş etdirib. Nigeriyalı futbolçu driblinq bacarığı ilə köməkçi məşqçi Önder Karaveli və onu cərimə meydançasında qoşa mübarizədə məşq edən qapıçı Ahmed Yıldırımı geridə qoyub.


“Trabzonspor” sabah düşərgənin ikinci və son hazırlıq matçında Serbiyanın Birinci Liqa komandalarından “Zeleznicar Pancevo” ilə qarşılaşacaq.

“Bordo-mavili” komandanın düşərgə etdiyi otelin meydançasında keçiriləcək qarşılaşma GMT ilə saat 18.30-da başlayacaq.

“Trabzonspor” düşərgənin ilk yoldaşlıq görüşündə Macarıstanın ikinci liqa komandalarından “Szeged Csanad”ı 2:1 hesabı ilə məğlub edib.