“Trabzonspor”un Wout Weghorst üçün transfer təklifi açıqlanıb

Bakı, 19 avqust, Sporaz.tv

Hücumçu transferi üzərində işlərini davam etdirən Trabzonspor, yenidən Wout Weghorsta üz tutub. “Bordo-mavilər” Weghorst transferini 4 milyon avroya tamamlamağı düşünür.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün transfer səylərini davam etdirən “Trabzonspor”da hədəf bölgələrdən biri də hücumçudur. Paul Onuachu və Rey Manaj ilə əlaqə saxlayan “bordo-mavililər” bir daha Wout Weghorsta üz tutdu.

Onuachu üçün “Southampton” və Manaj üçün “Sivasspor”un yüksək transfer tələbləri ilə məşğul olan Trabzonspor, Weghorst üçün “Burnley” ilə əlaqəni bərpa etdi.

“Trabzonspor” “Burnley”nin 5 milyon avroluq inadını qırmağa çalışır.

“Bordo-mavilər”in 4 milyon avroya transferi tamamlamağı hesabladıqları xəbərlərdə təfərrüatlı yer alıb.

Francesco Fariolinin çalışdırdığı “Ajax”ın da Weghorstla maraqlandığı üçün proses uzansa da, “Trabzonspor” təcrübəli futbolçunun imzası ilə transfer dövrünü böyük ölçüdə bağlamaq istəyir.

Ötən mövsümü icarə əsasında “Hoffenheim”da keçirən Weghorst Bundesliga və Almaniya Kubokunda 30 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Bahar Rüstəm