“Trabzonspor”un mərkəz müdafiəçisi transferi başa çatmaq üzrədir

Bakı, 23 iyul, Sporaz.tv

Trabzonspor“, “Atletico Madrid ” forması geyinən Stefan Saviclə anlaşıb. Bordo-mavili komandanın yeni transferinin sabah Trabzona gələcəyi bildirilib.

Sporaz.tv məlumat verir ki, “Trabzonspor” yeni mövsümdən əvvəl daha bir transferini tamamlamağa yaxındır.

Tünd qırmızı-mavili komandanın “Atletico Madrid”də çıxış edən Stefan Saviclə anlaşdığı bildirilib.

Təcrübəli müdafiəçinin sabah Trabzona gələcəyi və UEFA Avropa Liqasında “Ruzomberok“la oyun üçün heyətə düşəcəyi bildirilib.

Trabzonspor indiyədək transfer dövründə Cihan Çanak, Ozan Tufan, Denis Draguş, John Lundstram, Borna Barisic və Anthony Nwakaemeni heyətinə qatıb.

Xəbərdə “Trabzonspor”un Savicdən başqa heyətinə daha bir müdafiəçi qatmaq istədiyi qeyd edilib.

“Watford”da çıxış edən Wesley Hoedt da Saviclə müqavilə imzalayan tünd qırmızı-mavililər siyahısındadır.

Futbolçu karyerasına BSK Borca-da başlayan Stefan Savic daha sonra “Partizan”, “Manchester City” və “Fiorentina”da çıxış edib.

33 yaşlı müdafiəçi 2015-ci ildən “Atletico Madrid”də çıxış edir.

Karyerası boyunca 478 matça çıxan Savic 10 qol vurub, 7 məhsuldar ötürmə edib.