“Trabzonspor”un Məhəmməd Çam üzərində israrları

Bakı, 5 iyun, Sporaz.tv

Transfer cəhdlərini davam etdirən “Trabzonspor“da Məhəmməd Çamın israrları davam edir.

Sporaz.tv xəbər verir ki, 23 yaşlı avstriyalı ulduzla əl sıxan rəhbərlik, Çamın Klermont klubuna təklifini yeniləyib.
Trabzonspor klubu, uzun müddətdir davam etdirdiyi Muhammed Çamın transferi üçün yeni addım atıb.

Avstriyalı futbolçu ilə anlaşan rəhbərlik Klermont klubunu razı sala bilməyib.

Klermontun Çam üçün 10 milyon avroluq transfer haqqı danışıqlarına başlaması güzəştə zəmin yaratmadı.

Uğurlu oyunçunu heyətinə qatmaq istəyən Trabzonspor, təxminən 4 milyon avroluq transfer təklifi etdi.

Klermontdan gözlənilən cavab hələ alınmayıb. Ancaq həm futbolçunun münasibəti, həm də təklifdə edilən dəyişikliklərin Klermonun bu transferi təsdiqləmə ehtimalını artırdığı öyrənilib.

Əsas mövqeyi 10 nömrə olan, lakin eyni zamanda 8 nömrə kimi və cinahlarda da oynaya bilən Muhammed Çam bu mövsüm Klermontun ən yaxşı bombardiri və ən yaxşı assistenti olub.

23 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 33 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib, komandasının aşağı liqaya düşməsinin qarşısını ala bilməyib.