“Trabzonspor”un futbolçusu millisini məğlubiyyətdən xilas edib

Bakı, 7 sentyabr, Sporaz.tv

Trabzonspor“un yarımmüdafiəçisi Enis Bardhinin də çıxış etdiyi matçda Farer adaları və Şimali Makedoniya milliləri üz-üzə gəlib. 1:1 hesabı ilə bitən görüşdə Şimali Makedoniyanın qolunu Bardhi vurub.

Sporaz.tv xəbər verir ki, UEFA Millətlər C Liqasının 4-cü qrupunda Farer adaları Şimali Makedoniyanı qəbul edib. Torsvollur stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hər iki qol penaltilərdən vurulub. Meydan sahibləri 9-cu dəqiqədə Vilyormur Davidsenlə hesabda önə keçib. Şimali Makedoniyanın qolunu 49-cu dəqiqədə “Trabzonspor”un yarımmüdafiəçisi Enis Bardhi vuraraq hesabı bərabərləşdirməyi bacarıb.

Qarşılaşmayailk 11-də başlayan Bardhi, 90 dəqiqə meydanda qalıb.

4-cü qrupun digər oyununda Ermənistan bu axşam 20:00-da Latviyanı qəbul edəcək.

Leave a Reply