“Trabzonspor”un Avropa Liqasındakı rəqibi bəlli olub

Bakı, 5 avqust, Sporaz.tv

UEFA Avropa Liqasında “Trabzonspor” 3-cü təsnifat mərhələsində “Rapid Wien“i mübarizədən kənarlaşdırsa, pley-offda “Braga” – “Servette” matçının qalibi ilə qarşılaşacaq. Mavi-göylü komanda ilk matçına avqustun 22-i cümə axşamı günü çıxacaq.

Sporaz.tv xəbər verir ki, ,Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmada “Trabzonspor”un pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

“Trabzonspor” pley-off mərhələsində “Braga” – “Servette” matçının qalibi ilə qarşılaşacaq.

“Trabzonspor” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu avqustun 22-də keçirəcək.

Tünd-göylər bu turu keçsə, Avropa Liqasının liqa mərhələsinə yüksələcək.

Bahar Rüstəm