Bakı, 22 iyul, Sporaz.tv
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları açıqlanıb. “Trabzonspor” Ruzomberok”u mübarizədən kənarlaşdırılsa, “Wisla Krakow” – “Rapid Wien” matçının qalibi ilə qarşılaşacaq.
Sporaz.tv məlumat verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Turnirə 2-ci təsnifat mərhələsindən daxil olan “Trabzonspor”un 3-cü təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
“Trabzonspor” Ruzomberoku mübarizədən kənarlaşdırsa, “Wisla Krakow” – “Rapid Wien” matçının qalibi ilə qarşılaşacaq.
Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 8-də, ikinci oyunlar isə avqustun 15-də keçiriləcək.