Trabzonspordan Stefan Savic sürprizi

Bakı, 19 iyul, Sporaz.tv

Trabzonspor” “Atletico Madrid”də çıxış edən Stefan Savici yenidən gündəmə gətirib. Təcrübəli müdafiəçinin də istədiyi qonorarı aşağı saldığı bildirilsə də, transferə qısa zamanda aydınlıq gəlməsi gözlənilir.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını davam etdirən “Trabzonspor”un gündəmi müdafiəni gücləndirməkdir. Rənglərinə uyğun keyfiyyətli müdafiəçiyə imza atmaq istəyən tünd-göy komanda Saviçi yenidən gündəmə gətirib.

Fanatikdə çıxan xəbərə görə, Trabzonspor daha transfer dövrü başlamadan görüşdükləri Stefan Savic üçün yenidən hərəkətə keçib. Həmin vaxt yüksək maaş gözləyən futbolçu istəyini azaldıb.

Savic bir klubla müqavilə bağlasa, Atletico Madrid onun 1 illik müqaviləsinin ləğvini asanlaşdıracaq. Saviçə 2 artı 1 illik müqavilə təklif edəcək “Trabzonspor”un qısa müddətdə bu transferə aydınlıq gətirəcəyi gözlənilir.