“Trabzonspor”dan Paul Onuachu üçün yeni həmlə

Bakı, 13 avqust, Sporaz.tv

Trabzonspor” ötən mövsüm icarə əsasında çıxış edən Paul Onuachunun bonservisini almaq istəyir. Tünd qırmızı -mavilər “Southampton“a daha bir təklif edəcək.

Sporaz.tv xəbər verir ki, Superliqaya “Sivasspor“la heç-heçə ilə başlayan və cümə axşamı Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Rapid Wien”-lə qarşılaşacaq “Trabzonspor”un hücumçu transferi gündəmdədir.

Transfer dövründə hücum xəttini Cihan Çanak, Denis Draquş və Antoni Nvakaeme ilə gücləndirən tünd-qırmızı-mavilər, mərkəz hücumçu transferində Paul onuaçuya daha bir təklif edəcək.

“Trabzonspor”un 2 milyon avrosu bonus olmaqla 7 milyon avroluq transfer təklif etdiyi, lakin bu təklifin “Southampton” tərəfindən rədd edildiyi bildirilib.

Ötən mövsüm “Trabzonspor”da icarə əsasında çıxış edən Paul Onuachunun “Southampton”un yeni mövsüm planında yer almadığı da bildirilib.

Paul Onuachu ötən mövsüm “Trabzonspor”da 25 matçda iştirak edib. Onuachu, bu matçlarda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.