“Trabzonspor”dan Metin Kenan Aksuya başsağlığı mesajı

Bakı, 12 iyun, Sporaz.tv

Trabzonspor“, klubunun sabiq futbolçusu, keçmiş baş katib və şuranın üzvü Metin Kenan Aksunun dünyasını dəyişdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Trabzonspor” klubunun keçmiş futbolçusu Metin Kənan Aksu üçün başsağlığı yazıb.

Tünd qırmızı-mavi klubdan edilən yazılı açıqlamada: “ Keçmiş menecerimiz və idarə heyəti üzvü Mahmud Aksunun atası, sabiq futbolçumuz, keçmiş baş katib və idarə heyətinin üzvü, Metin Kənan Aksunun vəfat etməsi xəbərini dərin hüznlə öyrəndik. Allah rəhmət eləsin mərhum Aksuya. Ailəsinə, yaxınlarına və ictimaiyyətinə başsağlığı veririk”-ifadəsi qeyd olunub.

Açıqlamada Aksunun 2 avqust 1967-ci ildə qurulan klubun əsas komandasında 2 mövsüm oynadığı və Metin Kənan Aksu üçün sabah, günorta saatlarında İsgəndərpaşa məscidində dəfn mərasiminin keçiriləcəyi bildirilib.