Trabzonsporda kuboksuz bir mövsüm

Bakı, 27 may, Sporaz.tv

Trendyol Super Liqasında mövsümü 67 xalla 3-cü pillədə bağlayan “Trabzonspor“, çempionluq qazandığı 2021-2022 mövsümündən sonra eniş dövrünə qədəm qoyub.

Sporaz.tv xəbər verir ki, Bordo-mavililər çempionluqdan sonra 2 mövsümdə istədiyi uğura çata bilməyib, Liqada və Ziraat Türkiyə Kubokunda çempion ola bilməyib.

“Trabzonspor” bu yaxınlarda 2021-2022 mövsümündə çempionluq, 2019-2020 mövsümündə isə Ziraat Türkiyə Kubokunun qalibi olub. Qara dəniz komandası bu müddət ərzində öz muzeyinə 2 dəfə TFF Superkuboku çempionu olmaqla 4 kubok gətirib.

2021-2022 mövsümündə 38 matçda 81 xal toplayaraq çempion olan Qara dəniz komandası 2022-2023 mövsümündə 36 matçda 57 xalla liqada 6-cı, 38 matçda 67 xalla 3-cü pillədə qərarlaşıb.

Vüqar ALIŞOV