“Trabzonspor”da hücumçu üçün yeni namizəd

Bakı, 20 avqust, Sporaz.tv

Trabzonspor“un hücumçunun transferi üçün “Werder Bremen“dən Marvin Duckschla maraqlandığı və danışıqlara başladığı bildirilib.

Sporaz.tv xəbər verir ki, transfer çalışmalarını davam etdirən və heyətinə hücumçu qatmaq istəyən “Trabzonspor” yeni adı gündəmə gətirib.

Paul Onuachu, Wout Weghorst və Rey Manajla maraqlanan, lakin bu transferlərdən nəticə ala bilməyən “Trabzonspor”un “Werder Bremen”dən Marvin Ducksch ilə maraqlandığı bildirilib.

“Tünd-göylü” komandanın rəsmi təklifini göndərdiyi və iki klub arasında danışıqlara başlanıldığı bildirilib.

2021-ci ildə “Hannover”dən “Werder Bremen”ə transfer olan Marvin Duckschın klubu ilə 2 illik müqaviləsi var.

Karyerası ərzində Ducksch “Fortuna Düsseldorf”, “St. Pauli” “Holstein Kiel”, “Borussia Dortmund” və “Paderborn”da çıxış edib.

Oynadığı komandalarda ümumilikdə 424 matça çıxan 30 yaşlı hücumçu 211 qol vurub, 100 məhsuldar ötürmə edib.

Bahar Rüstəm