Trabzonsporda bütün gözlər kubokdadır

Bakı,21 may,Sporaz.tv

Trabzonspor” Ziraat Türkiyə Kubokunun finalında oynayacağı “Beşiktaş” matçına qapanıb. Rams Başakşehir üzərində qələbə ilə liqanı 3-cü pillədə başa vurmağa zəmanət verən tünd göylülər bu mövsüm kuboku qazanmaqla hər iki məqsədinə çatmaq istəyir.

Sporaz.tv xəbər verir ki, “Trabzonspor”da bütün gözlər “Beşiktaş”la qarşılaşacaq Ziraat Türkiyə Kubokunun finalındadır.

Bordo-mavililər həftəsonu RAMS Başakşehiri 1:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə liqanı 3-cü pillədə başa vuracağı dəqiqləşən Qara dəniz komandası daha bir hədəfə çatmağa cəmi bir addım qalıb.

“Trabzonspor” “Beşiktaş”ı məğlub etməklə tarixində 10-cu Türkiyə kuboku qələbəsini qazanmaq və ağrılı mövsümü kubokla taclandırmaq istəyir.

Bordo-mavililərin növbəti mövsüm üçün planları və yeni mövsümə hazırlıqların başlama tarixi baxımından da kubok böyük əhəmiyyət kəsb edir.

Liqada 3-cü yerlə Avropa Liqasında mübarizə aparmağa zəmanət verən “Trabzonspor” kuboku qazanacağı təqdirdə təşkilatlanmaya pley-off mərhələsindən başlayacaq.

Digər ssenaridə isə Qara dəniz yığması ikinci təsnifat mərhələsində Avropa liqasına daxil olacaq və qruplara vəsiqə qazanmaq üçün 3 turdan keçməli olacaq.

Paralel olaraq, “Trabzonspor” kuboku qazansa, yeni mövsümün hazırlıqlarına sonradan başlayacaq.

Bu arada Beşiktaş matçı öncəsi iki addan tünd-göylü komandaya şad xəbər gəldi.

Zədə səbəbindən son iki matçı buraxan Trezeqe və ağrıları səbəbindən “Başakşəhər”lə qarşılaşmada heyətə düşməyən Pepe məşqlərə başlayıb. Beşiktaş matçı üçün heyətdə iki ulduzun olması gözlənilir.

Yüngül zədə problemi olan Xoakin Fernandezin durumuna son yoxlamalardan sonra qərar veriləcək.

Qırmızı vərəqə cəzası alan “Trabzonspor”un futbolçusu Enis Destan finalda oynaya bilməyəcək.

Vüqar ALIŞOV