“Trabzonspor”da 3 ayrılıq

Bakı, 29 may, Sporaz.tv

Trabzonspor”da 5 futbolçunun müqaviləsi başa çatıb.Nicolas PepeFilip Benkovic Mehmet Can Aydın komandadan ayrılıb. Berat Özdemirin və xüsusiləPaul Onuachu komandadakı gələcəyi maraq mövzusudur.

Sporaz.tv məlumat verir ki, Trabzonsporda mövsümün bitməsi ilə gözlənilən gedişlər meydana gəlməyə başlayıb.

Bordo-mavili komandada müqaviləsi başa çatan Nicolas Pepe komandadan ayrılıb. Mövsümün əvvəlində 1 mövsümlük müqaviləsi olan Fil Dişi Sahilinin ulduzu Qara dəniz təmsilçisində 23 rəsmi matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Trabzonspor”da icarə müqaviləsi bitən Mehmet Can Aydın və Filip Benkovic də vidalaşıb.

Vüqar ALIŞOV