Trabzonspor transferə hazırlaşır

Bakı, 30 may, Sporaz.tv

“Trabzonspor” Roman Yaremçuk və Muhammed Çamı heyətinə qatmaq üçün əlaqələrini gücləndirib.

Sporaz.tv xəbər verir ki,  Bordo-mavili komandanın meneceri Belçikada Yaremçukun transfer haqqını əlində saxlayan Club Brugge rəsmiləri ilə görüşüb.

Belçika yığması ilə təmaslarını gücləndirən “Trabzonspor” ukraynalı mərkəz forvardının transferini tez bir zamanda başa çatdırmaq istəyir.

Yaremchukötən mövsümü icarə əsasında “Valencia“da keçirib və 25 liqa matçında 3 qol vurub.

Yaremchuk üçün Belçikada olan Trabzonspor rəsmiləri oradakı təmaslarından sonra Məhəmməd Çamın transferini yekunlaşdırmaq üçün Fransaya gedəcək.

Vüqar ALIŞOV