“Trabzonspor” səfərdə “Samsunspor”u qəbul edib

Bakı,3 may, Sporaz.tv

Trendyol Superliqasının 35-ci həftəsində “Trabzonspor” sabah “Yılport Samsunspor”un qonağı olacaq. Bordo-mavili komanda Qara dəniz derbisində qalib gələrək 3-cü pillədəki yerini daha da möhkəmləndirmək istəyir.

Sporaz.tv xəbər verir ki, Samsun Yeni 19 May Stadionunda oynanılacaq və saat 19.00-da başlayacaq qarşılaşmanı baş hakim Abdulkadir Bitigen idarə edəcək.

“Trabzonspor” həftəyə 58 xalla 3-cü pillədə daxil olub. Son 3 rəsmi görüşdə qalib gələn tünd-göylülər çətin Samsun səfər oyununda qalib gələrək üçüncülük hədəfinə bir addım da yaxınlaşmaq istəyir.

“Trabzonspor”un mövsümü bağlayan Hüseyn Türkmendən başqa zədəli və cəzalı futbolçusu yoxdur. Sarı vərəqə cəzası başa çatan Eren Elmalının bir oyunluq fasilədən sonra əsas heyətə qayıtması gözlənilir.

“Yılport Samsunspor” 39 xalla 13-cü pillədə qərarlaşıb. 5 görüşdür qələbə qazana bilməyən “qırmızı-ağlar” azarkeşləri önündə uğurlu nəticə əldə etməyi hədəfləyib.

Yılport Samsunspor’da Satka zədəsi; Fofana və Dimata sarı vərəqə cəzalı olduğu üçün “Trabzonspor”a qarşı oynaya bilməyəcək.

Vüqar Alışov