“Trabzonspor” Ozan Tufanın transfer qiymətini və maaşını açıqlayıb

Bakı, 27 iyun, Sporaz.tv

Trabzonspor” Ozan Tufanın müqavilə detallarını açıqlayıb. Bordo-mavililər 3+1 illik müqavilə bağladıqları Ozan Tufanın transfer haqqı üçün “Hull City“yə 3 hissədə cəmi 2 milyon avro ödənəcəyini KAP-a bildirib.

Sporaz.tv məlumat verir ki, Türkiyə futbolçusunun müqavilə detalları ilə bağlı KAP-a verilən açıqlama belədir:

“Peşəkar futbolçu Ozan Tufan ilə 3+1 illik müqavilə imzalanıb, seçim hüququ Klubumuzda qalır.

Edilən razılaşmaya görə, futbolçu;

2024/2025 futbol mövsümündə 46.037.500.-TL zəmanət haqqı,

2025/2026 futbol mövsümündə 51.075.000.-TL zəmanət haqqı,

2026/2027 futbol mövsümündə 56.112.500.-TL zəmanət haqqı ödəniləcək.

Opsion hüququ Klubumuz tərəfindən həyata keçirilirsə;

2027/2028 futbol mövsümündə 61.150.000.-TL zəmanət haqqı ödəniləcək.

İdarəetmə xidməti haqqı olaraq oyunçuya ödəniləcək ümumi haqqın 4,8%-i ödəniləcək.