“Trabzonspor” mövsümü kuboksuz başa vurub

Bakı,24 may,Sporaz.tv

“Trabzonspor” 15 final matçında 9 dəfə Ziraat Türkiyə Kubokunu qazanan tünd-göylər “Beşiktaş”a 3-2 hesabı ilə uduzaraq 10-cu dəfə kuboku qazana bilməyib.

Sporaz.tv xəbər verir ki, Liqada ilk dəfə mübarizə apardığı 1974-1975 mövsümündə kubok finallarında oynamağa başlayan və bu günə qədər keçirdiyi 15 final matçından 9-da qalib gələn və bu liqada çempionluq xoşbəxtliyini yaşayan tünd qırmızı-mavili komanda, Beşiktaşla 16-cı final matçında qalib gələ bilməyərək kuboksuz qaldı.

Komanda, sonuncu dəfə 2019-2020 mövsümü Türkiyə Kubokunun finalında “Alanyaspor”u 2:0 hesabı ilə məğlub edərək çempionluq qazanmışdır.