“Trabzonspor” matçında “Galatasaray” forması geymiş iki qadın azarkeşə edilənlərə etiraz

Bakı, 10 avqust, Sporaz.tv

Trabzonspor Divan sədri Mahmud Ören “Trabzonspor”-“Rapid Wien” matçını izləməyə gələn “Galatasaray” forması geyinmiş iki qadın azarkeşə edilənlərə reaksiya verib.

Sporaz.tv xəbər verir ki, Mahmut Ören verdiyi yazılı açıqlamada bəzi “tünd qırmızı-mavi” azarkeşlərin Trabzonsporu dəstəkləməyə “Galatasaray” forması geyinərək gələn iki qadın azarkeşə qarşı hörmətsiz rəftarlarını təəssüflə izlədiklərini ifadə edərək, “Açıq şəkildə qeyd etmək istərdim ki, biz bunu bəyənmirik. Bu cür davranış və bu hadisə Trabzonsporun dəyərlərinə uyğun gəlmir” ifadəsini işlətdi.

Ören, Trabzonsporun tarix boyu ədalətin və ədalətli oyunun nümayəndəsi olduğunu və idmanın birləşdirici gücünə inanan bir toplum olduğunu vurğuladı və belə davam etdi:

“Əcnəbi komanda ilə oyunda hansı formada olursa-olsun, bütün azarkeşlərimizin ürəyimizdə xüsusi yeri var. Trabzon və qonaqpərvərliyi ilə tanınan bir şəhər və klub olan “Trabzonspor” olaraq belə hadisələr bizi çox üzür. Komandamızı dəstəkləməyə gələn hər kəsi tribunalarda tolerantlıq və hörmətlə qarşılayırıq. Trabzonsporun üzvü olmaq yalnız xeyirxahlığı, idmançılığı və tolerantlığı ifadə edən bir davranışdır gücümüzü komandamızı daha da irəli aparmağa sərf etməliyik”.

Ören “Trabzonspor”un tarixinin, mövqeyinin və ədalətinin təkcə meydandakı uğurları ilə deyil, həm də bu dəyərlərə bağlılığından qaynaqlandığını ifadə edib və deyib:

“Bu kontekstdə bütün azarkeşlərimizi idmanın birləşdirici ruhuna və “Trabzonspor”un ali dəyərlərinə uyğun hərəkət etməyə dəvət edirik. “Trabzonspor” təkcə Trabzonun deyil, bütün Türkiyənin qürur mənbəyidir və hərəkət edən bir cəmiyyətdir. Bu şüurla unutmaq olmaz ki, “Trabzonspor”a dəstək olmaq və onunla birlikdə olmaq hər şeydən qiymətlidir. Minlərlə illik tarixində sənətdə və idmanda söz sahibi olan, ləhcəsi, hamsisi, qara dənizinin bir çox folklor mədəni simvollarının daşıyıcısı olan horondan tutmuş kolbastıya qədər, bu, bir idman klubundan daha çoxunu təmsil edir”.

“Trabzonspor”un avqustun 8-i cümə axşamı “Rapid Wien” ilə qarşılaşdığı UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını izləməyə gələn “Galatasaray” forması geyinən azarkeşlər bəzi azarkeşlərin reaksiyasından sonra stadionu tərk ediblər.

Bahar Rüstəm